Cəbrayıla növbəti köç baş tutub | YENİLƏNİB
* * *
13:09
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi həyata keçib. AzVision.az APA-ya istinadən xəbər verir ki, bu gün köçürülən 18 ailə (66 nəfər) Horovlu kəndinə çatıb. Sakinləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri qarşılayıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


